AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az xəbər verir ki, iclasda I Liqanın VIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Karvan” komandası 80 manat cərimə edilir (maddə 52.1);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda diktor Əsasnamənin tələblərini pozduğuna görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 80);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 43.7) ;
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 77 nömrəli futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);
27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir (maddə 44.2);
“Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 44.2, 32);