“Qalatasaray”ın sabiq üzvü Saşa Boy karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçunun xidmətində “Marsel” maraqlıdı.
Hazırda “Bavariya”da çıxış edən müdafiəçi daha çox oynamaq şansı əldə edə biləcəyi kluba getmək istəyir. Məhz bu səbəbdən Münhen təmsilçisi futbolçunu qışda “Marsel”ə icarəyə verməyə müsbət yanaşır.