Uzun müddətdir ki, “Qarabağ”da əsas heyətə düşə bilməyən Redon Cicanın Ağdam klubundan ayrılacağı bildirilir.
“Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov albaniyalı futbolçu ilə yolları ayırmaq fikrindən olmadıqlarını bildirib. Təcrübəli mütəxəssis İdmanxeber.az saytına açıqlamasında hücumçunun komandadan ayrılacağı ilə bağlı xəbərləri yalanlayıb:
“Xeyr, belə bir şey yoxdu. Mən onu göndərmək barədə düşünmürəm”.
Qeyd edək ki, 2023-cü ilin yanvarında “Qarabağ”a keçən futbolçunun klubla olan müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.
Həsən Quluzadə