“Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandamı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Səbail” oyunu (2:0) sonraaı deyib. O, daha sonra belə davam edib:
“Qarşıda “Sabah” və “Qarabağ”la oyunlar var amma sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.
Kollektivdə elə futbolçular var ki, nəticələrə acdırlar. Oyundan-oyuna düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil”.