“Neftçi” Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Sumqayıt” klubu ilə matçın hazırlığını tamamlayıb.
İdmanxeber.az-ın məlumatına görə, kpmanda bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb.
Emin və Azərlə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.