18 Yanvar 2025
Dünya futbolu

“Arsenal” danışıqlara başladı

“Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini “Arsenal”ın maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, “topçular” oyunçu üçün danışıqlara başlayıb. Pelleqrini ilə paytaxt klubu arasındakı hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.

O, bu mövsüm romalıların heyətində 21 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43