30 Yanvar 2025
Ölkə futbolu

Özbəkistanlı futbolçu “Sabah”da – RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında komandanın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir.

Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43