“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne klubdan ayrılmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu karyerasını “şəhərlilər”də davam etdirmək qərarına gəlib.
De Bruyne Mançester klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsini uzadacaq.
33 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 16 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.