10 İyul 2026
Dünya futbolu

Super Liqada biabırçılıq: “Qalatasaray”ın rəqibi meydandan çəkildi

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində keçirilən “Qalatasaray” – “Adana Demirspor” matçı yarımçıq dayandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qonaqların 31-ci dəqiqədə meydanı tərk etməsidi. Adana klubunun “Qalatasaray” lehinə verilən penaltiyə görə həkimlərə təpki göstərmək üçün bu addımı atdığı bildirilir.

Qarşılaşma “sarı-qırmızılar”ın 1:0 hesablı üstünlüyü ilə davam edirdi.

Oyun barədə son qərarı Türkiyə Futbol Federasiyası verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43