13 Fevral 2025
Maqazin

Almeydadan Qurban Qurbanova vida mesajı: “Artıq sənin üçün darıxıram, Atam”

“Qarabağ”dan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabından vida mesajı yayımlayıb.
İdmanxeber.az-ın məlumatına görə, milliləşdirilmiş braziliyalı futbolçu bunları qeyd edib:
“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, mənim Xocam, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi…
Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43