Qeyri-stabil çıxışı ilə “Neftçi”nin nəticələrində öz payı olan Yuri Matiasla bağlı qərar verilib.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov ötən gün braziliyalı müdafiəçi ilə bağlı yekun qərarını klub rəhbərliyinə bildirib.
Ardıcıl səhvləri ilə komandanı pis vəziyyətdə qoyan “sambaçı” ilə yayda başa çatacaq müqavilə uzadılmayacaq. Komandanın məşqçilər korpusu “Qarabağ”la derbi matçından sonra futbolçu ilə bağlı qərarını qətiləşdirib.
Qeyd edək ki, mərkəz müdafiəçisinin “Neftçi” ilə müqaviləsi iyunda başa çatır.

