07 İyun 2026
Ölkə futbolu

AFFA İcraiyyə Komitəsi nə vaxt toplanır?

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, növbəti iclasın bu həftə olacağı dəqiqləşib.

İclası  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında gerçəkləşəcək.

İclasın gündəmində bir çox məsələlər yer alacaq ki, onların da içərisində Premyer Liqa sonuncusunun I Liqanın 3-cüsü ilə pley-off matçları oynayıb-oynamayacağı yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43