26 Fevral 2025
Ölkə futbolu

Ayxan Abbasov onun dönüşünə sevinir

“Şamaxı”nın futbolçusu zədəsini sağaldıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Leroy Mikelsdən gedir. Hücumçu bir müddətdi zədə səbəbindən komandaya kömək edə bilmirdi.

Artıq onun tam sağaldığı bildirilir. Mikels komanda ilə məşqlərə başlayıb. Baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə, futbolçu qarşıdakı görüşdə çıxış edə bilər.

Xatırladaq ki, “Şamaxı” martın 3-də, səfərdə “Səbail”lə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43