“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni transfer Xusanov haqqında danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis özbəkistanlı futbolçu barədə maraqlı açıqlama verib:
“Xusanov oyunlara gələndə heç bir çanta, əlavə əşya gətirmir. Sadəcə futbol oynamağa gəlir. O, komanda daxilində inanılmaz dərəcədə sevilir. Onunla danışanda ancaq gülümsəyir. Heç bir şikayəti yoxdur. İnanılmaz dərəcədə təvazökardır.
Onun sürəti inanılmazdır, topu idarə etmə bacarığı müstəsnadır. Xətləri qırır, keyfiyyətli ötürmələr edir. 20 yaşı var, hələ çox şeyi öyrənməlidir, amma potensialı böyükdür”.