Millimizin üzvü Renat Dadaşov Polşanın “Radomyak” klubunun heyətində debüt edib.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı forvardın debütü uğurlu alınıb. “Vidzev”lə matçın (1:1) 80-ci dəqiqəsındə meydana daxil olan futbolçu 10 dəqiqə sonra komandasına 1 xal qazandıran qolu vurub.
Renat debütü barədə instaqram hesabında paylaşım edib. Azərbaycanlı forvard xoşbəxt olduğunu bildirib:
“Bu heyrətamiz klubda debüt etdiyim və ilk qolumu vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Amma diqqətimizi növbəti oyuna yönəldəcəyik”.
Qeyd edək ki, Renat Dadaşov bir neçə gün öncə “Radomyak”la mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.