Ölkə futbolu

Azərbaycan çempionatı oyunu baş tutmadı – VİDEO 

Azərbaycan II Liqasının növbəti turunda baş tutmalı  olan “Ağdaş” – “Şimal” görüşü baş tutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb dünən gecədən Ağdaşa yağan güclü qar olub. Hər iki komanda stadionda olsa da, meydança əlverişsiz vəziyyətdə olduğu matç kerilməyib.

Oyunla bağlı yekun qərarı AFFA Nizam İntizam Komitəsi verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43