Ölkə futbolu

“Şəmkir” və “Şəki Siti”dən qələbə

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən oyunlarda “Şəki Siti” “Lerik”i, “Şəmkir” isə “Haypers Quba”nı məğlub edib.

Ev sahibi stadionu qardan təmizləmədiyi üçün “Ağdaş” – “Şimal” görüşü baş tutmayıb. Bununla bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

2-ci Liqa, 14-cü tur

“Haypers Quba” – “Şəmkir” 1:2
Qollar: 
C.İmamverdiyev, 59 – V.Cəfərov, 41, 89

Qırmızı vərəqə: R.Qurbanov, 38, S.Aslanov, 90+4

“Şəki Siti” – “Lerik” 2:0
Qollar: 
R.Otaraşvili, 63, X.Şabanov, 70

“Ağdaş” – “Şimal”
(Baş tutmayıb)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43