08 İyun 2026
Ölkə futbolu

Bölgə klubunun yeni legioneri bu məbləğə razılaşdı

Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Keniya millisinin üzvü Conston Omoruanı heyətinə qatıb. 26 yaşlı futbolçunun “sarı-göylər”də qazanacağı məbləğ də bəlli olub.

Omorua “Kəpəz”də aylıq 15 min manat maaş alacaq. Müdafiəçi artıq komandanın düşərgəsindədi.

Onunla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43