Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, “Neftçi” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. Görüş heç-heçə sona çatıb – 1:1.
“Ağ-qaralar” hazırda 28 xalla 7-ci, “Turan Tovuz” isə 43 xalla 4-cü pillədə yer alıb.
10 mart
19:30. “Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Bassala Sambu, 88 (1:0), Hayderson Hurtado, 90+5 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
“Neftçi Arena”

