20 İyun 2026
Ölkə futbolu

“Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşdi

Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasında Patrik Andrade (“Qarabağ”), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev (“Qusar”) qalib olub.

II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43