19 İyul 2026
Dünya futbolu

Poqba Messinin yanına gedir

Fransalı yarımmüdafiəçi Pol Poqbaİnter Mayami”yə keçməyə qərar verib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar müsbət nəticələnib. Poqbanın qərarına Lionel Messinin “İnter Mayami”də çıxış etməsi də təsir edib.

Futbolçunun son klubu “Yuventus” olub. Onunla müqavilə ötən ilin oktyabrında pozulub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43