19 İyun 2026
Milli komanda Ölkə futbolu

Rövşən Nəcəfin öhdəsindən gələ bilmədiyi xaotik durum

Azərbaycan millisinin səviyyəsi bizim üçün aydındı. Bu, yeni bir şey deyil. Meydandakı futbolçuların keyfiyyəti çox aşağıdı və onlar bütün beynəlxalq oyunlarda rəqiblərdən geridə qalır. Biabırçı nəticələr tarix boyu təkrarlanıb, bu gün də davam edir. Millinin nəticələri artıq azarkeşlər arasında narazılıq da yaratmır. Tam əksinə, gənclər arasında gülüş obyektinə, lağ-lağa mövzusuna çevirilib.

Bu, acınacaqlı olsa da, həqiqətdir. Amma problemin kökü bu milli formaya layiq olmayan futbolçular və ya heç bir həyəcanı qalmayan Fernandu Santuş deyil. Bizim üçün ən narahatedici məqam Azərbaycan futbolunun gələcəyidir.

Bir ilə yaxındır ölkə futboluna rəhbərlik edənlər hansı işə yiyələndiklərinin fərqində deyil. Rövşən Nəcəfin rəhbərlik etdiyi AFFA ciddi biliksizlik içərisindədi. Ortada nə qətiyyətli idarəetmə, nə də məsuliyyəti üzərinə götürən fiqur yoxdur. Hamı yenidir, hamı günahsızdır. Əslində isə Azərbaycan futbolunda yalnız adlar yeni ola bilər. Üslub, yanaşma dəyişmir.

Vitse-prezidentlər, baş katib və s kimi aparıcı vəzifələrin adları var. Bəs işləri necə? Olacaqmı? Hiss olunmur.

Azərbaycan futbolu xaotik durumdadır. Prosses idarə edilə bilmir, çıxış yolu görünmür. Bir anlamsızlıq, qıcıqverici sükut, təəccüblü arxayınlıq var.

Kimi gözləyirsiniz?

Mövcud rəhbərlik ya işin ağırlığından xəbərdar deyil, ya da bacarmır. İkinci ehtimal daha real görünür ki, bu, Rövşən Nəcəfin rəhbərliyi üçün ciddi sual yaradır.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43