Misli Premyer Liqasının 29-cu turunda “Səbail” bu gün “Turan Tovuz”u qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da bu görüşə itkilərlə çıxacaq. Ev sahibinin heyətində cəzalı Süleyman Alluşla zədəli Cabir Əmirli və Ayman Bouali matçda forma geyinə bilməyəcək.
“Turan Tovuz” da qarşılaşmaya itkilərlə çıxır. Tovuz klubunun heyətində Faiq Hacıyevlə Kristian da Silva cəzalıdır. Roderik Miller, Denis Marandiçi və Şəhriyar Əliyev isə zədə səbəbindən bugünku oyunda iştirak edə bilməyəcək.
“Səbail” – “Turan Tovuz” matçı bu gün saat 17:00-da start götürəcək.

