14 İyun 2026
Ölkə futbolu

“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 30-cu turunun aprelin 13-də keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, azarkeşlər biletləri “iticket.az” saytından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 3, 5, 15 və 20 AZN təşkil edir.

“Neftçi Arena”da baş tutacaq görüşün biletləri oyun günü stadionun kassalarında da satışda olacaq.

Qarşılaşma saat 19:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43