“Fiorentina” “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolonu birdəfəlik transfer etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi futbolçunun 15 milyon avroluq satınalma bəndindən yararlana bilməyəcək. 25 yaşlı yarımmüdafiəçi yayda “Qalatasaray”a qayıdacaq.
İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

