Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” matçında gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubunun baş məşqçisi Kurban Berdiyev hakimə sərt şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Bunun ardından azarkeşlər referi Elçin Məsiyevə kəskin şəkildə etiraz edib.

