08 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubu baş məşqçi axtarır

“Tottenhem”in rəhbərliyi baş məşqçi postuna bir neçə namizədi nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun rəhbərliyi hazırkı çalışdırıcı Angelos Postekoqlunun işindən razı deyil. Onunla mövsüm sonu yollar ayrıla bilər.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçında “Ayntraxt”la qarşılaşacaq (ilk oyun 1:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43