08 İyul 2026
Dünya futbolu

Neymar baş məşqçisiz qaldı

Braziliyanın “Santos” klubu baş məşqçisi Pedro Kaysinya ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik uğursuz gedişat səbəbindən bu addımı atıb. “Santos” Braziliya çempionatının startında keçirdiyi 3 oyundan heç birində qələbə qazana bilməyib.

Cəmi 1 xal toplayan “Santos” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43