16 İyun 2026
Dünya futbolu

Bundesliqadan Premyer Liqaya

“Ayntraxt”ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə  “Arsenal” və “Tottenhem” klubları maraqlanır. “Ayntraxt” futbolçusunu satmağın əleyhinə deyil.

Rəhbərlik oyunçuya qarşılıq  100 milyon avro tələb edir. 22 yaşlı forvard bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi oyunda 21 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43