“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi İngiltərə klubunu çalışdıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis “Blekbörn Rovers”i çalışdırmağa yaxındır. Rəhbərlik ingiltərəli məşqçini komandaya gətirmək istəyir.
Ueyn Runi son olaraq “Plimut” komandasına rəhbərlik edib. O, ötən ilin sonunda vəzifəsindən ayrılıb.

