07 İyun 2026
Dünya futbolu

Super Liqanın bombardiri olmuş futbolçu faciəvi şəkildə öldü

Qabon millisinin futbolçusu Aaron Bupendza faciəvi şəkildə vəfat edib.

İdmanxeber.az-ın məlumatına görə, Çinin “Çjetszyan” klubunda çıxış edən oyunçu yaşadığı binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

29 yaşlı forvardın hadisədən öncə qardaşı ilə mübahisə edib. Onun məhz qardaşı tərəfindən binadan aşağı atıldığı ehtimal olunur. Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

2020-2021-ci illər mövsümündə Türkiyədə “Hatayspor”un formasını geyinmiş Aaron Bupendza 22 qolla Super Liqanın bombardiri olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43