Premyer Liqada qalmaq məsələsini böyük ölçüdə həll edən “Kəpəz”in yeni mövsümdə iddialı duruma gəlib-gəlməyəcəyi sual olaraq qalır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yeni sponsorun kluba hansı büdcəni ayırması məsələsinə qarşıdakı 1 ayda aydınlıq gələcək.
Sponsor rəsmi olaraq ictimaiyyətə açıqlanmasa da, Gəncə klubunun yeni himayədarının növbəti mövsüm üçün klubu iddialı duruma gətirəcəyi ilə bağlı xəbərlər dolaşır.
“Kəpəz”in 2025/2026-cı ildəki büdcəsinin 5 milyondan çox olmayacağı gözlənilir. Bu məbləğin də yarısı AFFA-nın payına düşür.

