Misli Premyer Liqasının XXXI turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, derbi öncəsi Ağdam klubunun heyətində yalnız bir itki var. Zədəli Şahruddin Məhəmmədliyev bu matçda forma geyinə bilməyəcək. “Köhlən atlar”ın heyətində cəzalı futbolçu yoxdur.
“Neftçi”də də vacib qarşılaşma öncəsi itkilər var. Komandanın zədəli oyunçuları – Emil Səfərov, Edvin Kuç, Robert Bauer və Ryonosuke Ohori Azərbaycan derbisini kənardan izləyəcək.
Qeyd edək ki, aprelin 19-da baş tutacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

