İdmanxeber.az-ın məlumatına görə, şəhidin atası Vaqif Əliyevin evində olan icraçı direktor Cabir İbrahimov, əsas komandanın baş məşqçisi Azər Bağırov və akademiyanın koordinatoru Vasif Vəliyev cəsur zabitin ev muzeyi ilə tanış olub, döyüş yoluna nəzər salıblar. Onlar klubun kollektivi adından xatirə kitabına ürək sözləri yazılıb.
Şəhidin atası qonaqlara oğlunun həyat və döyüş yolundan bəhs edən “Komandir” və “Qəhrəmanın sorağında” kitablarını hədiyyə edib.







