Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında “Paderborn”la qarşılaşıb. Mahir Emreli bu oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, qarşılaşmada iki qol vursa da, “Nürnberq” meydandan məğlub ayrılıb – 2:3.
Hazırda “Paderborn” 48 xalla 4-cü, “Nürnberq” isə 44 xalla 8-ci pillədə qərarlaşıb

