04 İyun 2026
Ölkə futbolu

Azərbaycan derbisi Premyer Liqaya damğa vurdu

Misli Premyer Liqasının 31-ci turunun ən çox azarkeş qeydə alınan matçı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, “Qarabağ” – “Neftçi” görüşüdür. Azərbaycan derbisini tribunalardan 7200 azarkeş izləyib.

Turun ən az tamaşaçı isə “Araz Naxçıvan”ın qarşılaşmasında müşahidə edilib. Naxçıvan klubunun “Turan Tovuz”la görüşünü 500 azarkeş izləyib.

Digər oyunlarda qeydə alınan fanat sayısı isə belədir:

“Sabah” – “Səbail” – 821

“Şamaxı” – “Kəpəz” – 1200

“Zirə” – “Sumqayıt” – 650


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43