04 İyun 2026
Dünya futbolu

Mbappe “Barselona”ya qarşı oynayacaq

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya Kral Kubokunun finalında “Barselona” ilə oyuna hazır olacaq. 

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı fransalı Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”la cavab oyununda (1:2) zədələnmişdi. Onun “Barselona”yla matça qədər hazır olacağı bildirilir. 

Aprelin 26-da İspaniya kubokunun finalında “Real” Kataloniya klubu ilə qarşılaşacaq. “Barselona” 31 kubokla turnirin rekordçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43