04 İyun 2026
Dünya futbolu

“Milan”ın baş məşqçisi klubu tərk edir

“Milan”ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 50 yaşlı portuqaliyalı komandanı 2024-cü ilin dekabrında qəbul edib. Onun rəhbərliyi altında “Milan” bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

“Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43