“Barselona”nın futbolçusu Fermin Lopes yayda klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” ispan futbolçunu transfer etmək istəyir.
London klubu 21 yaşlı hücuma meyilli yarımmüdafiəçiyə yayda təklif göndərəcək. “Çelsi” Fermin üçün 40 milyon avroya almağı planlaşdırır.
Futbolçu “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

