03 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted”in Osimhen planı

“Mançester Yunayted” “Napoli”nin 26 yaşlı hücumçusu Viktor Osimeni 40 milyon funt-sterlinqə transfer etməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Ruben Amori nigeriyalı forvardı israrla istəyir. Portuqaliyalı mütəxəssis Osimhenlə hücum xəttindəki problemin həll olunacağını düşünür.

Ulduz futbolçu bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edir. O, bütün yarışlarda 34 matçda iştirak edib, 29 qol vurub və altı məhsuldar ötürmə verib. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43