“Portu”nun qapıçısı Dioqu Koşta yay transfer pəncərəsində İngiltərə çempionatına keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti” Edersonun yerinə 25 yaşlı portuqaliyalını transfer etməkdə maraqlıdır. Klub oyunçu üçün 58 milyon avro ödəməyə hazırdır.
Koştanın “Portu” ilə 2027-ci ilə qədər hazırkı müqaviləsi var. Müqavilədə 75 milyon avroluq satınalma bəndi göstərilir.
Bu mövsüm “Portu”nun yetirməsi olan qapıçı bütün yarışlarda 41 matçda meydana çıxıb və 44 qol buraxıb. O, 18 matçda qapısını təmiz saxlayıb.

