“Arsenal” futbolçusu Tomas Parti ilə müqavilə müddətini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik qanalı yarımmüdafiəçiyə iki illik yeni sözləşmə təklif etməyə hazırlaşır. Onun maaşında da artım olacağı bildirilir.
31 yaşlı oyunçu da “topçular”da qalmağa müsbət yanaşır. Onun hazırkı müqaviləsi yayda başa çatır.
Parti bu mövsüm İngiltərə çempionatında “Arsenal”ın heyətində 31 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

