25 İyun 2026
Kateqoriyasız

“Zirə” ilə oyun öncəsi Azər Bağırovu sevindirəm məqam

Misli Premyer Liqasının XXXIII turunda “Kəpəz” öz meydanında “Zirə” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun heyətində bu matç öncəsi hər hansı bir itki yoxdu.

Zədəli olan Mahammadu Ba bu matçda forma geyinə biləcək. Digər zədəli futbolçu Rauf Hüseynlinin də durumu qənaətbəxşdi və o, “qartallar”la görüşdə meydana çıxa biləcək.

Qeyd edək ki, sabah keçiriləcək “Kəpəz” – “Zirə” görüşü saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43