19 İyun 2026
Dünya futbolu

“Atletiko”nun hücumçusu “Barselona”ya keçir?

“Atletiko”nun hücumçusu Xulian Alvares La Liqada klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Barselona” klubu maraqlıdır. Kataloniya klubu yayda 25 yaşlı forvard üçün təklif göndərməyi planlaşdırır.

Argentina millisi ilə dünya çempionu olmuş futbolçu Madrid təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 27 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43