Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk matç günündə cəmi bir oyun keçirilib. “Zirə” “Turan Tovuz”u qəbul edib. Qəsəbə təmsilçisi bu oyunda qalib gələrək Premyer Liqada ikinciliyi təmin edib – 1:0.
Turun qalan matçları sabah və birigün keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
2 may
20:00 “Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48
Qırmızı vərəqə: Qismət Alıyev, 58 (“Zirə”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu

