07 İyun 2026
Ölkə futbolu

Nürnberq” Mahir Emreli barədə qərarını verdi – RƏSMİ

Azərbaycan millisinin üzvü Mahir Emrelinin “Nürnberq”dəki taleyinə aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, həmyerlimiz Almaniya klubundan ayrılacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Emreli ilə mövsüm sonu başa çatacaq müqavilə yenilənməyəcək. 

Azərbaycan millisinin üzvünün karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil. Daha öncə mətbuatda Emrelinin Bundesliqa klublarından təklifləri olduğu yazılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43