07 İyun 2026
Dünya futbolu

Ərəblər portuqaliyalı ulduz futbolçunu istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanına yollana bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalının xidmətində  “Əl-Hilal” klubu maraqlıdır. Ərəblər Brunonun agenti ilə danışığa start verib və futbolçu üçün 3 illik müqavilə irəli sürüb.

Rəhbərlik yarımmüdafiəçiyə yüksək məbləğdə maaş təklif edəcək.

Fernandes bu mövsüm “Mançester Yunayted”in heyətində 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43