15 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted”dən Altay Bayındır qərarı

“Mançester Yunayted” yayda türkiyəli qapıçısı Altay Bayındırı satmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçu ilə yolları ayırmaq istəyir. “Qırmızı şeytanlar” Onana ilə rəqabət apara biləcək yeni qapıçı transfer etmək istəyirlər.

Bu mövsüm “Mançester Yunayted”in heyətində 9 oyunda meydana çıxan 27 yaşlı qolkiper 18 top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43