16 İyun 2026
Dünya futbolu

Bu futbolçu “Real”ı tərk edir

Müdafiəçi Lukas Vaskes yayda “Real”ı tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu, klublararası dünya çempionatından sonra baş verəcək. Vaskes 2007-ci ildən Madrid klubundadır. Bu müddət ərzində 33 yaşlı futbolçu əsas komandada 399 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib.

İspan futbolçu “Real”lə 21 kubok qazanıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43