08 İyul 2026
Ölkə futbolu

Millimizin rəqibi heyətini açıqladı

Latviya yığmasının yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisinə və DÇ-2026-nın seçmə mərhələsində Albaniya seçməsinə qarşı keçirəcəyi ev oyunları üçün heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Baş məşqçi Paolo Nikolati heyətə 25 futbolçu cəlb edib.

Qapıçılar: Rixard Matreviç, Krişyanis Zviedris, Frenk David Orols;

Müdafiəçilər: Antoni Çernomordi, Krister Tober, Vitali Yaqodinski, Robert Savalniek, Andrey Ciqanik, Raivi Andris Yurkovski, Daniel Balodis, Denis Melnik, Maksim Tonişev;

Yarımmüdafiəçilər: Alvis Yaunzem, Aleksey Savelyev, Eduard Daşkeviç, Qleb Zaleyko, Kristap Qrabovski, Krister Penkeviç, Renar Varslavan, Dmitri Zelenkov, Lukas Vapne;

Hücumçular: Yanis Ukauniek, Vladislav Qutkovski, Marko Reqza, Bruno Melnis.
 
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 17:00-da Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43